İmtahanların nəticəsi yaxın iki gün ərzində elan olunacaq - DİM
- 22.08.2022, 10:00,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

Avqustun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirib.
Bu barədə Telexeber.az-a Dövlət İmtahan Mərkəzidən məlumat verilib. Bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
Avqustun 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.