Azərbaycanda məktəbdə dərs zamanı kütləvi ZƏHƏRLƏNMƏ OLDU
- 07.10.2022, 17:03,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub.
Telexeber.az APA-ya istinadən xəbər verir ki, məktəbin 6 şagirdi zəhərlənib. Şagirdlər məktəbdə Texnologiya dərsində özlərinin hazırladığı salatdan zəhərləniblər.
TƏBİB-dən bildirilib ki, 07.10.2022-ci il tarixdə saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.
İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir.