Astarada dənizdə batan uşağın meyiti tapılıb
- 23.07.2023, 10:17,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Astarada dənizdə batan uşağın meyiti tapılıb.
Telexeber.az xəbər verir k, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilir ki, 22.07.2023-cü il tarixində Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfər uşağın axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.