Bloqer Aysel Şükürova hücuma məruz qaldı - Yaralı var
- 05.08.2023, 10:19,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bloqer Aysel Şükürova keçmiş əri Elşən Əsgərli tərəfindən silahlı hücuma məruz qaldığını iddia edib.
Telexeber.az yazır ki, o, bu barədə "İnstaqram" hesabında bildirib.
Bloqerin sözlərinə görə, keçmiş əri onu görüşə çağırıb və bu zaman bıçaqdan istifadə edib:
“Elşən Əsgərli məni bıçaqlamaq istəyirdi. Dostlarım araya girdi, bıçaq onlardan birinin əlinə, ayağına girdi”.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, paylaşımdan məlumatlıdırlar. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Qeyd edək ki, Elşən Əsgərli Aysel Şükürovanın ilk əri olub.