Bu ərazilərdə spirtli içki içənlər CƏRİMƏ OLUNACAQLAR

Bu ərazilərdə spirtli içki içənlər CƏRİMƏ OLUNACAQLARBelçikanın paytaxtı Brüsselin bəzi küçə və prospektlərində gecə yarısından səhərə qədər spirtli içki qəbul edərkən tutulan şəxslər 350 avro cərimə olunacaqlar.

Publika.az xəbər verir ki, ötən ay Brüssel Şəhər Şurası tərəfindən verilən qərar bu gündən etibarən paytaxtda tətbiq olunmağa başlayıb.


Brüssel mərkəzindəki küçə və prospektlərə qoyulan qadağa Anspach Bulvarı, Place Fontanais, Place De Brouckere, Place de la Monnaie, Rue du Midi, Rue des Fripiers ve Rue des Halles ərazilərini əhatə edəcək.

Qərar bölgələrdə alkoqol təsiri altındakı insanların yaratdığı təhlükəsizlik problemləri və səs-küydən gələn şikayətlərə əsasən verilib.

Bələdiyyənin bölgələrdə kafe və restoranlarla birlikdə təşkil etdiyi idman və müəyyən şənlikləri əhatə etməyəcək.

Qeyd edək ki, bələdiyyə ilk 6 ay sınaq müddəti keçirəcək. Nəticələrə görə, yekun qərar veriləcək.
Популярный ролик