Leysan yağacaq, sel və daşqın gözlənilir - XƏBƏRDARLIQ
- 27.05.2024, 17:02,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanın rayonlarında mayın 28-29-30-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Telexeber.az verilən xəbərə görə, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəcəyi ehtimalı var.
Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.