Şəmkirdə 61 yaşlı kişinin ildırım vurması nəticəsində ölməsi hadisəsinin təfərrüatı məlum olub.
Telexeber.az xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişmiş Züriyyət Musayevin qardaşı Nüsrət Musayev APA TV-yə danışıb:
"Bizə zəng gəldi. Hadisə yerinə gedəndə gördük ki, qardaşımın baş nahiyəsinin üst hissəsi tam yanıb, qarın nahiyəsində isə yumru deşik əmələ gəlib. İldırım vurarkən qardaşım telefonla danışırmış".
Xatırladaq ki, hadisə Şəmkir rayonunun Yeni Həyat kəndində qeydə alınıb. 1963-cü il təvəllüdlü Züriyyət Əli oğlu Musayev kənddə çobanlıq edirmiş.