Dəyanət Sədullayevə vəzifə verildi

"PAŞA Sığorta"nın Direktorlar Şurasına (DŞ) yeni təyinat olub.

Telexeber.az bildirir ki, "PAŞA Holdinq"in aparat rəhbəri Dəyanət Sədullayev həm də sığorta şirkətinin Direktorlar Şurasının üzvü seçilib. O, bu vəzifədə Cəlal Qasımovu əvəzləyib.
Qeyd edək ki, Dəyanət Sədullayev 2015-ci ildə PMD Group şirkətinin Baş Maliyyə İnzibatçısı təyin edilib. Daha sonra Baş İcraçı Direktorun müavini, 2021-ci ilin mart ayından etibarən isə İdarə Heyətinin sədri vəzifəsini icra edib. Bununla yanaşı, PMD Projects, FMG, GLC, Design Bureau şirkətlərinin Ümumi Yığıncaqlarının sədri, ALC, Competo və PASHA Technology şirkətlərinin Müşahidə Şurasının üzvü olaraq fəaliyyət göstərir. 2023-cü ildən etibarən "PAŞA Holdinq"in aparat rəhbəri təyin edilib. O həmçinin, İcraedici Komitənin üzvüdür.
Популярный ролик