Bu yay çimərlikdə təhlükə var - Seysmoloqdan XƏBƏRDARLIQ
- 25.06.2024, 15:12,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
"Xəzər dənizinin dibində nəhəng hərəkətlər mövcuddur. Nəticədə kiçik çuxurlar əmələ gəlir. Buna görə də, əhali ən azından bu yay çox ehtiyatlı olmalıdır. Fövqəladə Hallar Nazirliyinin nəzarətində olan ərazilərdə istirahətlərini edə bilərlər. Çox riskli hərəkətlər etməsinlər. Çünki çuxurlar mövcuddur".
Bu sözləri Telexeber.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib. O bildirib ki, 2023-cü ildən etibarən Xəzər dənizində zəlzələlərin baş verməsi kəskinləşib:
"Zəlzələlər aktiv şəkildə özünü biruzə verir. İlin axırına qədər bu aktivlik davam edəcək. Xəzər dənizi çox mürəkkəb tektonik ərazidir. Burada bir neçə qırılmalar, textonik pozuntular, qırışıqlar mövcuddur. Təbii ki, zəlzələlərin belə mütamadi baş verməsi Xəzərin dibinə də öz təsirini göstərir. Son zamanlar Xəzər dənizinin suyu enir. Bunun bir çox səbəbi var. Bu iqlim dəyişikliyi, buxarlanma və s. proseslərlə əlaqələndirilir. Hətta bu Xəzər dənizinin dibinin dəyişilməsi ilə də bağlı ola bilər".