Namizəd İsmayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Namizəd İsmayılov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Qaradağ rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı işləri uğurla icra olunur. Rayonun ərazisində Gün ərzində rayon ərazisindəki prospektlər dörd dəfə, yollar üç dəfə, məhəllədaxili küçələr iki dəfə yığışdırılır. Əlavə olaraq şənbə və bazar günləri rayon ərazisində iməciliklər təşkil olunur, yol kənarlarındakı yaşıllıq zolaqları tullantılardan və alaq otlarından təmizlənərək daşınır.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Namizəd İsmayılovdur.

Namizəd İsmayılov rəhbərliyin tapşırıqlarını daim yerinə yetirir

Haqqında bəhs etdiyimiz, hansı ki, xarakterik xüsusiyyətinin bir çox göstəriciləri, həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksər vəzifə sahiblərindən fərqlənən və hal-hazırda Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsini daşıyan Namizəd İsmayılov , bu gün əsl xalq məhəbbətini qazanmış vəzifə sahibidir. Adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi tam əksəriyyət tərəfindən qəbul olunub, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsini daşıyan Namizəd İsmayılov, bu gün öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxarıb. Adı çəkilən bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Namizəd müəllim özündə elə bir xarakterik xüsusiyyətləri cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, hər kəsə qarşı xeyirxah addımlar atmağı və s. özü üçün əsas amal hesab edir. Bir sözlə, bu şəxs qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, sanki hər kəsin problemini özünün şəxsi problemi hesab edən vəzifə sahibidir.Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsini daşıyan Namizəd İsmayılov, yaradıcı və qurucu vəzifə sahibidir, mehribançılığı sevən bir şəxsdir.

Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun zaman-zaman kamil bir şəxs olaraq formalaşmasına təsir edən başlıca səbəblər olur. Bu gün Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsini daşıyan və daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran Namizəd İsmayılov, hal-hazırda elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirən vəzifə sahibidir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki,Namizəd İsmayılov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.
İstənilən hava şəraitinə uyğun olaraq hələ bir neçə ay bundan əvvəldən başlayaraq, Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi qışın soyuq günlərində bir kimsənin hansısa problemlə üz-üzə qalmaması üçün, vaxtında qabaqlayıcı tədbirlərini görüb. Görülmüş tədbirlər bu gün də öz nəticəsini verməkdədir. Tam əminliklə qeyd edə bilərik ki, Namizəd İsmayılovun rəhbərlik etdiyi Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və tabeliyində olan qurumlar, məhz onlara aid olan vəzifələrinin öhdəsindən bacarıqla gəliblər. Hələ ötən illərdə qış aylarında qurumun işini kənardan müşahidə edərkən aydın olurdu ki, departamentin rəisi Namizəd İsmayılov və onun tabeçiliyində çalışan əməkdaşlar qarşıya qoyulmuş vəzifələrin icrasını yüksək səviyyədə təmin edəcəklər. Bu gün isə artıq tam səmimi şəkildə deyə bilərik ki, Qaradağ sakinləri heç də gözləntilərində yanılmayıblar.
Məlum olduğu kimi,Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əsas fəaliyyəti əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, rayonun sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin olunması, əsaslı tikinti və təmir sahəsində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi, qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, rayon,qəsəbə yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, rayonun mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaların icrasından ibarətdir. Əlbəttə ki, belə bir işlərin öhdəsindən yüksək səviyyədə gələ bilmək üçün, bu qurum təcrübəli və səriştəli şəxs tərəfindən idarə olunmalıdır. Bu baxımdan da qeyd edə bilərik ki, Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılovun fəaliyyəti, məhz bu gün hər kəsin nəzər-diqqətini cəlb etməkdədir.
Популярный ролик