630 bal toplayan abituriyent niyə qəbul ola bilməyib? - Rəsmi açıqlama

Sosial şəbəkələrdə Azərbaycanda I qrup üzrə qəbul imtahanında 658 bal toplayan oğlan və 630 bal yığan qızın müsabiqədən keçə bilməməsi ilə bağlı məlumatlar yayılıb. Bu xəbər bir neçə gündür ki, müzakirə mövzusudur. Bəs reallıq nə yerdədir?

Telexeber.az Oxu.az-a istinadən xəbər verir ki, qurumun şöbə müdiri Xanlar Xanlarzadə saytımıza açıqlamasında bildirib ki, I qrup üzrə 620-630 bal aralığında bir nəfər müsabiqədən kənarda qalıb:
"II qrupda belə bir abituriyent yoxdur. III qrup üzrə 610 bal aralığında bir nəfər ali təhsil müəssisəsinə qəbul olmayıb. IV qrup üzrə də elə bir abituriyent yoxdur ki, 600 üzəri bal toplasın, amma ali təhsil müəssisəsinə qəbul olmasın.

I qrup üzrə müsabiqədən kənarda qalan abituriyent yalnız ödənişsiz yeri seçib. Onun ərizəsində başqa yerləri də seçmək imkanı var idi. Bu, abituriyentin şəxsi təşəbbüsüdür. Situasiyanı bilmirik, bu məsələ ilə bağlı DİM-ə müraciət etməyiblər. Kimsə şəxsi seçim edirsə, onu səhv kimi dəyərləndirmək doğru deyil. Burada məntiqli seçim olub, yanlışlıq yoxdur".
Популярный ролик