Metroda problem yarandı
- 12.12.2024, 12:06,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı metrosunda "Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.
Telexeber.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.
Məlumata görə, qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.