BNA-dan marşrut sahiblərinə TAPŞIRIQ
- 10.04.2020, 09:09,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda fəaliyyət göstərən marşrut xətlərində işləyən avtobusların sayı azaldılmayıb.
Bunu Telexeber.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağğayev deyib.
Onun sözlərinə görə, ölkədə xüsusi karantin rejimi tətbiq edilməsinə baxmayaraq, marşrut xətlərindəki avtobusların hamısı işləyir:
"Baxmayaraq ki, karantin rejimidir, Bakı Nəqliyyat Agentliyi bütün daşıyıcılara tapşırıq verib. Bilirsiniz ki, ölkədə xüsusi karantin rejimi olduğundan sərnişinlərin sayı 60-70 faiz azalıb və bu da sahibkarlara ziyandır. Buna baxmayaraq, bütün daşıyıcılar xətlərdəki avtobusların hamısını daşımaya cəlb edib. Hazırda hansısa marşrut üzrə avtobusun ləngiməsi karantin şərtləri daxilində tam normaldır".