Karantin rejimi uzadıla bilər - RƏSMİ
- 09.04.2020, 08:53,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Karantin müddətinin artırılması vəziyyətin gedişatından asılıdır".
Telexeber.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, rəqəmlər artsa və qaydalara əməl edilməsə karantin müddəti uzadıla bilər:
"Hətta bugünkü şərtlər daxilində nəinki müddət uzadıla eyni zamanda tədbirlər daha da sərtləşdirilə bilər.
O bildirib ki, bəzən savadlı şəxslər də qaydaları pozur: "Külli miqdarda saxta icazələrlə küçədə gəzənlərin sayı artır".