Şirvan Milli Parkında qoyulan qadağalara sədr Seymur Kərimov özü riayət edirmi?


Şirvan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə, 2003-cü ildə yaradılıb. Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarı parkın ərazisinə verilib. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarı Şirvan Milli Parkının, 6232 hektarı isə, Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarı isə, Bəndovan Dövlət Təbiət Yasaqlığı hesab edilir.
Şirvan Milli Parkında qoyulan qadağalara sədr Seymur Kərimov özü riayət edirmi?
Bu sualın cavabı mənə elə gəlir təbiəti sevən hərkəsi və həmçinin aidyyyatı qurumları maraqlandırmalı.Telexeber.az a etibarlı mənbədən daxil olan informasiyada qeyd olunur ki,Şirvan Milli Parkının sədri Seymur Kərimov bəzi neqativ hallara ya bilərəkdən göz yumur,yada ki,.....
“Şirvan Milli Parkın əsasnaməsi var. Əsasnamələrdə “həvəskar ov” anlayışı ümumi olaraq var. Amma milli parklarda ov etmək və yaxud digər həvəskar ovu həyata keçirmək üçün yerlər müəyyən olunmayıb deyə Seymur Kərimov illər öncə jurnalistlərə müsahibəsində bildirmişdir.Ancaq Telexeber.az a verilən məlumatda qeyd olunur ki,Şirvan Milli Parkın ərazisindən silah atışı səsləri gəlir və "Qırmızı Kitab"a düşmüş ceyran və müxtəlif heyvanlar mövsüm vaxtı ovlanılır.
Ümumiyyətlə həm bu kimi özbaşınalıqlara,həmdə Şirvan Milli Parkın ərazisində dövlət tərəfindən qorunan,bəslənən,heyvanların sağlamlığı üçün ayrılan müəyyən vəsaitlərin hara və necə xərcləndiyini Telexeber.az da geniş şəkildə müzakirə edib oxuculara dəqiq informasiya vermək istərdik.
Ümüdvarıq ki,Şirvan Milli Parkının sədri Seymur Kərimov, bu araşdırmamızda bizə köməklik edəcək.
Qarşı tərəfin mövzu ilə əlaqəli açıqlamasını Telexeber.az da dərc etməyə hazırıq.
Bizi izləməyə davam edin,ardı var....
Популярный ролик