Milli Məclisdə könüllü qanvermə aksiyası təşkil edildi
- 01.02.2025, 09:42,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Prezident İlham Əliyevin donorluğun və qan xidmətinin inkişafına dair imzaladığı sərəncamlara və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irsi qan xəstələrinə və təcili əməliyyata ehtiyacı olan insanlara kömək etmək üçün könüllü qanvermə aksiyalarının keçirilməsi barədə etdiyi çağırışa dəstək vermək məqsədilə yanvarın 31-də Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Telexeber.az-a bildirilib ki, Milli Məclisin rəhbərliyi, deputatlar, Aparatın və İşlər idarəsinin əməkdaşları parlamentdə bu məqsədlə ayrılmış yerə gələrək lazımi müayinədən keçdikdən sonra növbə ilə qan veriblər.