İradə Musayeva vəfat etdi - FOTO

Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva vəfat edib.

Telexeber.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, o bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, İradə Əyyub qızı Musayeva Ağdam şəhərində anadan olub. BDU-nun filologiya fakültəsini bitirib. Xeyli sayda monoqrafiya, elmi məqalələrin və tədris metodik vəsaitlərin, proqramların müəllifidir.
Популярный ролик