
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Lənkəran şəhər Mənzil Təsərrüfat İdarəsinin Rəisi Məmmədov Vüqar Adil oğlunun adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.
Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir Azərbaycanlıdan söhbət açacam. O Azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər,Lənkəran şəhərində Məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi, binalarda təmir və abadlıq işlərinin aparılmasında nümunəvi idarə rəisidir.
Lənkəran şəhər Mənzil Təsərrüfat İdarəsinin Rəisi Məmmədov Vüqar Adil oğlu Qazilərin, Şəhid ailələrinin, Veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vüqar müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana,Lənkəran şəhər Mənzil Təsərrüfat İdarəsinin Rəisi Vüqar müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür rəhbər şəxslərin sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.