Pünhan Piriyev insani keyfiyyətləri özündə birləşdirməklə yanaşı işinin də əsl bilicisidir.


Son dönəmlər sosial şəbəkələrin ən tanınmış ifaçılarından birinə çevrilən Pünhan Piriyev haqında Telexeber.az da araşdırma gedib.Xalq tərəfindən sevilən tanınmış ifaçının həyat hekayəsini oxucuların diqqətinə çatdırmaq istərdik.
Gənc ifaçı Pünhan Piriyev müğənniliyə başlamazdan əvvəl ailəsinin çox kasıbçılıq içində yaşadığı heçkəsə sir deyil.Ələxsusda onu sevərlər,ifasını bəyənənlər bilir ki,elə vaxtlar olub Pünhan dostlarının paltarın geyinib məclislərə gedirmiş.Ailədə 4 uşaq, 3 bacının bir qardaşıdır,Atası Rəhman Piriyev taksi sürücüsü işləyib halal zəhməti ilə ailəsnə baxıb (Allah Atasına rəhmət eləsin).Bucür çətin dönəmlər keçən,əziyyətlə bu yerlərə gəlib çıxan və Allahın ona bəxş etdiyi səslə xalqın sevgisini qazanan Pünhan Piriyev sadəliyi ilə daim fərqlənib.Şəhid ailələrinin,Qazilərin,Veteranların və kasıb ailələrin daim yanında olub.Öz vəsaiti hesabına yollar çəkdirib,Şəhid bulaqları inşa etdirib.

Allah ruzini bizə verir ki, onu paylaşmağı, ehtiyacı olanla bölməyi də unutmayaq. Unuduruqsa, bu insan olsaq da insaniyyətdən xəbəri olmamaq deməkdir bizim üçün. Ona görə ki, əgər xeyirxahlıq məhfumu olmasaydı, insanlıq da olmazdı.

Xeyirxahlıq və yardım həm maddi, həm də mənəvi olur. Yardımlaşmanın ən qiymətlisi mənəvi yardımlaşma hesab olunur. Bu gün dünyada insanlar maddi vəziyyəti pis olanlar, həmçinin müharibədən, təbii fəlakətdən zərər çəkən insanlara yardım etmək üçün müxtəlif cəmiyyətlər, təşkilatlar qururlar. Təbii ki, bu cür işlərin həyata keçirilməsi çox faydalıdır.

Unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu təlqin etməkdən ibarətdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığın cəmiyyətin ən layiqli üzvünə çevirir. Bir çox savab işlər görüb xeyirxahlıq edərək əsl insanlıq nümayiş etdirən şəxslərdən biri də Pünhan Rəhman oğlu Piriyevdir.Çünki o, bütün insani keyfiyyətləri özündə əks etdirən şəxslərdən biridir.
Популярный ролик