Xocavənd, Şuşa və Xocalıda dağlıq ərazidə baş vermiş yanğınlar söndürüldü
- 28.07.2025, 09:43,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Xocavənd, Şuşa və Xocalıda dağlıq ərazidə baş vermiş yanğınlar söndürülüb.
Telexeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb.