Azərbaycan qazı Suriyanın Homs vilayətinə çatıb
- 10.08.2025, 11:20,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycandan nəql olunan təbii qaz Türkiyə-Suriya boru kəməri ilə Suriyanın Homs vilayətinə çatıb.
Telexeber.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, növbəti mərhələdə qaz Cender stansiyasından paytaxt Dəməşqin yaxınlığında yerləşən Nəsiriyyə və Təşrin istilik elektrik stansiyalarına göndəriləcək.
Qaz elektrik stansiyalarının klapanları Suriyanın energetika nazirinin müavini Qayas Diyab və Homs valisi Əbdürrəhman əl-Amın iştirakı ilə açılıb. Diyab mətbuata açıqlamasında qeyd edib ki, hazırda Azərbaycandan təbii qaz Türkiyə üzərindən Cender yanacaqdoldurma məntəqəsinə çatıb.