Bu istiqamətə əlavə qatar reysi təyin edildi
- 29.09.2025, 13:20,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 4-5-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.
Telexeber.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, eyni zamanda sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur.
Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz.