Havalar kəskin istiləşəcək - Bu tarixdən
- 03.10.2025, 08:46,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

3–9 oktyabr tarixlərində ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək.
Telexeber.az-ın məlumatına görə, beynəlxalq hidrometeoroloji mərkəzlərin proqnozunda qeyd olunub. Məlumata görə, bölgədə havanın soyumasına səbəb olan Qara dəniz siklonu artıq regionu tərk edir. Bunun nəticəsində sabahdan etibarən temperaturun 8 dərəcəyədək artacağı gözlənilir.
Mütəxəssislər həmçinin oktyabr ayının bütövlükdə nisbətən isti və quru keçəcəyini də istisna etmirlər.