Mikayıl Cabbarov şəhid əməkdaşı ilə bağlı paylaşım etdi
- 29.10.2025, 11:17,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin Vətən müharibəsində şəhid olmuş əməkdaşı Asəf Nəsibovun anım günü münasibətilə paylaşım edib.
Telexeber.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib:
"Bu gün Vətən müharibəsində şəhid olmuş əməkdaşımız Asəf Nəsibovun anım günüdür. Vətənimizin ərazi bütövlüyünün təmin olunması yolunda şücaətlə döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanımızın əziz xatirəsini ehtiramla yad edirik".