“AÖS əməliyyatları 6 ayda 25 dəfə artıb” - Vüsal Qasımlı
- 19.11.2025, 12:58,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

“Son 6 ayda sektorun birgə fəaliyyəti nəticəsində AÖS əməliyyatlarının sayı 25 dəfə artaraq aylıq 1,8 milyona çatıb”.
Telexeber.az xəbər verir ki, bunu Beynəlxalq Bankçılıq Forumunda (“IBF-2025”) çıxışı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, AZQR kodunu emitent və ekvayer tərəfdə tətbiq edən bankların sayı artmaqdadır. Bankların 70%-i C2C köçürmələrini AÖS ilə inteqrasiya edib və qoşulmuş banklar mərhələli şəkildə trafiki artırmağa davam edirlər:
“İnternet bankçılıq üzərindən emal olunan AÖS ödənişlərinin aylıq dövriyyəsi də 4 dəfə artaraq 100 milyon manata çatıb.
Hazırda ölkəmizdə maliyyə texnologiyaları sektoru dinamik inkişaf mərhələsindədir. Hazırda 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 ödəniş sistemi operatoru fəaliyyət göstərir. Onların ümumi əməliyyat həcmi cari ilin ilk 10 ayı üzrə 53,1 milyard manat təşkil edib. Təkcə bu ilin özündə 5 yeni lisenziya verilib ki, bu da bazarda rəqabət və innovasiyaların artdığını göstərir”.