Yanğında həlak olan Könülün qızının vəziyyəti açıqlandı
- 08.12.2025, 08:52,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan Ləman Qulamovanın son vəziyyəti açıqlanıb.
Telexeber.az xəbər verir ki, bu barədə jurnalist Xəyalə Rəis məlumat yayıb:
"Ləmanı Yeni Klinikaya gətirdiyimiz zaman onun ürəyi bir neçə dəfə dayanmışdı və yaşamaq şansı çox az idi. Amma çox şükür ki, gözlədiyimiz möcüzə baş verdi - Ləman ayıldı. Hazırda vəziyyəti yaxşılaşır: danışır, qidalanır və özünü daha yaxşı hiss edir".
Qeyd edək ki, Ləman Qulamova Milli Geyim Evinin rəhbəri, sözügedən yanğında həlak olan Könül Vəlibəylinin qızıdır.
Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib.