Un bahalaşıb - Yeni qiymətlər
- 15.01.2026, 10:55,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Cari ilin yanvar ayının 12-nə olan məlumata əsasən, Azərbaycanda unun topdansatış qiyməti açıqlanıb.
Telexeber.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə unun topdansatış qiymətində artım müşahidə olunur.
Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,0 - 28,6 manat aralığında dəyişir.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvarında qiymətlərdə 0,1 - 0,7 manat artım müşahidə edilir.
Amma digər istehsalçılardan fərqli olaraq "Dəvəçi-Dəyirman"a məxsus un 0,1 manat ucuzlaşıb.
Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM tərəfindən bazara təqdim olunur.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik: