
Bəzən insan varlığına elə bir hiss bəxş olunur ki, onu nə kitabla, nə kartla, nə də öyrədilmiş üsullarla izah etmək mümkündür. Etibar Nəsibov məhz belə insanlardandır.
1979-cu ildə Qərbi Azərbaycanda dünyaya gələn, ali təhsilli hüquqşünas olan Etibar Nəsibov 13 yaşından etibarən Allahın ona bəxş etdiyi ilahi ekstrasenslik hissi ilə tanınmağa başlayıb.
Onun fəaliyyəti cəmiyyətdə tez-tez qarışdırılan falçılıq və cindarlıq anlayışlarından tamamilə fərqlidir. Etibar Nəsibov nə kartdan istifadə edir, nə müqəddəs kitabdan, nə də hər hansı vasitədən. O, istənilən məkanda sadəcə insanın üzünə baxmaqla, onun həyat yolu, enerjisi və taleyi ilə bağlı proqnozlarını böyük rahatlıqla ifadə edir. Bu, sonradan qazanılmış bacarıq deyil – bu, ilahi bir hissdir, altıncı duyğunun ən saf təzahürüdür.
Mütəxəssislərin də təsdiqlədiyi kimi, bu cür güclü hiss cindarlarda və falabaxanlarda ya ümumiyyətlə olmur, ya da olduqca zəif formada mövcuddur. Etibar Nəsibovu fərqləndirən əsas cəhət də budur: onun dedikləri zamanla təsdiqlənir, insanları düşündürür və bəzən taleləri dəyişir.
Amma Etibar Nəsibovu böyük edən təkcə bu qabiliyyət deyil. Onu cəmiyyətin hörmətinə çatdıran əsas məqam xeyirxahlıq və vicdanlı mövqeyidir.
1994-cü ildən bu günə qədər o, mütəmadi şəkildə xeyriyyə tədbirləri həyata keçirir. Dəfələrlə Milli Orduya, donor təşkilatlara maliyyə dəstəyi göstərib. Bir çox müəlliflərin elmi, publisistik və bədii əsərlərinin, eləcə də şeirlər kitablarının çap olunması üçün bütün xərcləri öz üzərinə götürüb.
Etibar Nəsibov şəhid ailələrinin, müharibə veteranlarının, müharibə əlillərinin və imkansız tələbələrin yanında olan insanlardandır. Bu köməkliklər kameralar qarşısında deyil, səssiz və təmənnasız şəkildə edilir. Çünki onun üçün xeyirxahlıq reklam deyil, vicdan məsələsidir.
Xüsusilə vurğulanmalıdır ki, Etibar Nəsibov Allahın ona bəxş etdiyi bu ilahi hissi ona müraciət edən vətəndaşlar üçün tamamilə təmənnasız həyata keçirir. Ona gündəlik müraciət edən insanların sayı rəsmi statistikaya düşsə, bu göstərici rekord həddi aşar.
Bütün bunlarla yanaşı, Etibar Nəsibov qanunlara hörmətlə yanaşan, dövlətə vergi ödəyən, sosial məsuliyyətini dərk edən bir vətəndaşdır.
Bu gün Etibar Nəsibov cəmiyyət üçün sadəcə ekstrasens deyil. O, ilahi hissin xeyir üçün necə istifadə olunmasının canlı nümunəsidir. Onun fəaliyyəti sübut edir ki, Allahın verdiyi qabiliyyət insanlara qorxu yox, ümid, çaşqınlıq yox, işıq gətirməlidir.
Telexeber.az