Gültəkin Hacıbəyli azadlığa buraxılıb?
- 12.02.2026, 10:48,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.
Telexeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı “Facebook” hesabında paylaşım edib.
O qeyd edib ki, G.Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs edilməyib, azadlıqdadır. Məsələ ilə bağlı heç bir rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, G. Hacıbəyli bir müddət əvvəl Türkiyədə saxlanılmışdı.