Yararsız döyüş sursatları məhv ediləcək
- 16.02.2026, 09:56,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Pirəkəşkül və Ağdərədə 16-20 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.
Telexeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib:
“Məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.
Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".