Bu marşrutun avtobusları yenilənir
- 27.02.2026, 08:44,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Paytaxtın Xırdalan ərazisi üzrə hərəkət edən marşrut avtobusları yenilənir.
Telexeber.az-ın məlumatına görə, 135 və 119 nömrəli marşrut xətlərində köhnə avtobuslar yeniləri ilə əvəz olunur. Onların yerinə “Iveco” markalı avtobuslar buraxılır.
İstismardan çıxarılan köhnə nəqliyyat vasitələri isə Mingəçevir şəhərinə göndəriləcək.