Bu xətt cərimə nişanına çevrildi

Bakıda geriyə dönmək üçün çəkilən nişanlanma xətti cərimə xəttinə çevrilib.

Telexeber.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Xətai rayonu, Sarayeva küçəsindəki geridönmə zolağı sürücülər üçün cərimə keçidi rolunu oynayır.
Buna səbəb isə əksər avtomobillərin həmin ərazidən asanlıqla keçə bilməməsidir.

Sürücülər bildirirlər ki, yolun eni və çəkilən xətlər standart minik avtomobilinin bir dəfəyə dönməsi üçün bəs etmir. Qaydanı pozmamaq üçün edilən hər cəhd isə tıxaca və ya qəza riskinə yol açır. Ərazidə quraşdırılan kameralar isə cərimələri qeydə alır.

Yol hərəkəti üzrə ekspert Yasin Muystafayev deyir ki, şəhərsalma və yol mühəndisliyi qaydalarına görə bu cür ərazilərdə sərbəst manevr üçün xüsusi məsafə buraxılmalıdır.
Популярный ролик