Azərbaycanda sabah bu bayram qeyd olunacaq
- 02.03.2026, 12:44,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanda sabah ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunacaq.
Telexeber.az xəbər verir ki, Su çərşənbəsindən sonra Novruza hazırlıq mərhələsi Od çərşənbəsi ilə davam edir.
Ənənəyə uyğun olaraq, Od çərşənbəsi axşamı həyətlərdə və açıq məkanlarda tonqallar qalanır. İnsanlar tonqalın üzərindən tullanaraq “Ağırlığım-uğurluğum odda yansın” deyirlər. İnanca görə, bu mərasim insanı il boyu bəla və xəstəliklərdən uzaq saxlayır.
Qeyd edək ki, sonuncu - Torpaq çərşənbəsi martın 17-nə təsadüf edir. Novruz bayramı isə martın 20–24-də ölkə üzrə qeyd olunacaq.