3 yaşayış məntəqəsinin adı dəyişdirilir
- 11.03.2026, 09:33,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Quba rayonun üç kəndinin adının dəyişdirilməsi müzakirə ediləcək.
Telexeber.az xəbər verir ki, bu barədə Report-a Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.
O qeyd edib ki, komissiyanın sabahkı iclasında Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif ediləcək:
"Məqsəd həmin kəndlərin adının milliləşdirilməsidir".
M.Quliyev əlavə edib ki, dəyişikliklə əlaqəli müzakirənin aparılması və parlamentə tövsiyə olunması nəzərdə tutulub.