Bu yolda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
- 13.04.2026, 08:33,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Telexeber.az-a bildirilib ki, məhdudiyyət aprelin 13-də saat 10:00-dan aprelin 15-də saat 07:00-dək qüvvədə olacaq.
Göstərilən müddət ərzində sürücülər alternativ olaraq köhnə Salyan şossesindən istifadə edə bilərlər.