Akif İslamzadə xəstəxanadan evə buraxıldı
- 14.05.2026, 12:52,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Akif İslamzadə müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Telexeber.az xəbər verir ki, bu barədə Apa-ya müğənninin özü məlumat verib.
"Dünən evə buraxılmışam, özümü yaxşı hiss edirəm", - Akif İslamzadə bildirib.
Qeyd edək ki, o, bir neçə gün öncə səhhətində yaranan narahatlıq səbəbi ilə Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.