Yevlaxın təmizliyi və abad siması görünən zəhmətin nəticəsidir — Kommunal sahədə nümunəvi fəaliyyət diqqət çəkir

Yevlax şəhərində son illər aparılan abadlıq və yenidənqurma işləri şəhərin ümumi simasına xüsusi rəng qatmaqla yanaşı, kommunal xidmət sahəsində də mühüm yeniliklərlə yadda qalır. Şəhərin küçələrində təmizlik işlərinin daha operativ təşkili, yaşıllıq zolaqlarına göstərilən diqqət və kommunal sahədə aparılan işlər sakinlər tərəfindən də razılıqla qarşılanır.

Məhz bu istiqamətdə fəaliyyət göstərən Yevlax Mənzil-Kommunal Təsərrüfatı idarəsinin rəhbərliyi və kollektivinin əməyi xüsusilə qeyd olunur. Kommunal sahə hər zaman görünməyən, lakin şəhərin gündəlik həyatında mühüm rol oynayan əsas sahələrdən biri hesab edilir. Küçələrin təmiz saxlanılması, məişət tullantılarının vaxtında daşınması, park və ərazilərdə səliqə-sahmanın qorunması şəhərin inkişaf göstəricilərindən sayılır.

Şəhər sakinlərinin sözlərinə görə, son dövrlərdə Yevlaxda aparılan təmizlik və abadlıq işləri əvvəlki illərlə müqayisədə daha sistemli şəkildə həyata keçirilir. Xüsusilə mərkəzi küçələrdə, park və ictimai ərazilərdə görülən işlər şəhərə gələn qonaqların da diqqətindən yayınmır.

Kommunal sahənin məsuliyyətli şəxslərindən biri kimi tanınan Məhəmməd Əliyevin fəaliyyəti də yerli ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir. Bildirilir ki, rəhbərlik etdiyi sahədə nizam-intizamın qorunması, işçi heyəti ilə koordinasiyalı fəaliyyətin təşkili və şəhərin təmizliyinə göstərilən diqqət kommunal xidmətin keyfiyyətinə öz təsirini göstərməkdədir.

Bu gün regionların inkişafı istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasət çərçivəsində Yevlax şəhərində də abadlıq və quruculuq işləri davam etdirilir. Kommunal təsərrüfat sahəsində çalışan insanların əməyi isə şəhərin gündəlik həyatında mühüm rol oynayır. Çünki təmiz və abad şəhər ilk növbədə həmin sahədə çalışan insanların zəhmətinin nəticəsidir.

Telexeber.az olaraq inanırıq ki, şəhərin inkişafına xidmət edən hər bir sahədə olduğu kimi, kommunal təsərrüfat sektorunda da görülən işlər qarşıdakı dövrdə daha geniş nəticələri ilə yadda qalacaq.
Популярный ролик