Bakıda yeni minib-düşmə yerləri yaradıldı
- 02.06.2026, 11:41,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakının Həsən bəy Zərdabi və Kazım Kazımzadə küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.
Telexeber.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata əsasən, Nəsirəddin Tusi adına Klinikanın və Mərkəzi Gömrük Hospitalının qarşılarında "3.28" – "durmaq qadağandır" yol nişanı quraşdırılaraq minib-düşmə yerləri təşkil olunub.
Hər iki ünvanda "5.14" – "minik taksilərinin duracaq yeri" yol nişanları yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.