DİN sosial şəbəkələrdə yayılan məlumatla bağlı MƏLUMAT YAYDI
- 21.09.2020, 21:47,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili İşlər Nazirliyi (DİN) Vəfa Nağının paylaşdığı statusda ictimailəşdirdiyi məsələ ilə bağlı açlıqlama yayıb.
Telexeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən "report"a daxil olan məlumatda deyilir:
"Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi öz “Facebook” səhifəsində status paylaşaraq bildirib ki, Neftçala rayonunda bir kişi həmkəndlisi olan qızı zorla qaçırıb, onu soyunduraraq şəkillərini çəkib və kənddə yayıb. Polis isə heç bir tədbir görmür".
Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov baş verənlərə münasibət bildirib: "Vəfa Nağı özü də yaxşı bilir ki, polisin fəaliyyətsizliyi ilə bağlı iddiaları yalandır və qərəzdən irəli gəlir.
O ki qaldı fakta, bəli, belə bir fakt qeydə alınıb. Dərhal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 151-ci və 156.1-ci maddələri ilə cinayət işi başlanılıb və hadisəni törətməkdə şübhəli bilinən rayonun Mürsəqulu kənd sakini, 30 yaşlı Əyyar Əzizov tutularaq istintaqa cəlb edilib”.