“Qəzalı ağac adından sui-istifadə edənlər var" - Agentlik rəisi
- 23.02.2021, 22:30,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
“Qəzalı ağac adından sui-istifadə edənlər var. Halbuki qanunvericilikdən irəli gələn tələblər prioritet olmalıdır”.
Telexeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qənbərov “Ekspert saatı”nda deyib.
"Qəzalı ağac var, bəlkə də müəyyən qurumlara müraciət edilsə də, problem öz müsbət həllini tapmır. Təbii ki, bu, qanunvericiliyin tələblərinin pozulmasıdır. Budanma xidmətinin bizə heç bir aidiyyəti yoxdur. Hər hansı səbəbdən ağacın yeri dəyişdirilirsə, müraciət edilməlidir və cavab yubanırsa, bunu bizə bildirmək lazımdır. Belə fakt varsa bizə təqdim edə bilərsiniz”, M.Qənbərov əlavə edib