Gəncədə intihar etmək istəyən şəxs qurtarılıb
- 13.03.2021, 10:51,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Telexeber.az Nazirliyin saytına istinadən xəbər verir ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.