Ağdaşda maşın kanala düşdü, ölü və yaralılar var
- 14.03.2021, 09:15,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Ağdaşda avtomobil kanala aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Telexeber.az-a verilən məlumata görə, martın 12-də saat 17 radələrində Ağdaş rayonunun Xosrov kəndi ərazisində kənd sakini Z.Əlizadə idarə etdiyi “VAZ-21074” markalı avtomobili kanala aşırıb. Nəticədə avtomobildəki sərnişin F.Xəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılır.