Bakıda avtomobil ustası müştərini bıçaqladı
- 11.07.2021, 11:09,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda bıçaqlanma hadisəsi baş verib.
Telexeber.az-ın məlumatına görə, paytaxtın Nəsimi rayonu ərazisində 1993-cü il təvəllüdlü Hacızadə Həsən Sədi oğlu bıçaqlanıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona sol baldır nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. H. Hacızadənin dediyinə görə, avtomobilini təmir edən usta tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.