Daha bir marşrut kartla ödənişə keçdi
- 29.09.2021, 10:44,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabahdan 163 nömrəli marşrut xətti (Ramana qəsəbəsi - Koroğlu NMM ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Telexeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə Zabrat qəsəbəsi Nərimanov 23, Ramana qəsəbəsi Daş Karxanası (ümumilikdə 6 ünvanda), Sadiq Cəfərov 26, Babək 336, Oktyabr küçəsi, Sabunçu qəsəbəsi Şəhər şosesi ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.