Daşkəsəndə 25 yaşlı gənc bıçaqlanıb, şübhəli şəxs saxlanılıb
- 05.10.2021, 10:26,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Daşkəsən rayonunda 25 yaşlı gənc bıçaq xəsarətləri alıb.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə Çıraqlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1996-cı il təvəllüdlü R.Nəbiyevi bıçaqlanıb. Bir bıçaq xəsarəti alan şəxs Gəncə şəhərində yerləşən xəstəxanaya aparılıb.
Onu bıçaqlamaqda şübhəli bilinən, 1969-cü il təvəllüdlü Faiq Hüseynəliyev isə saxlanılıb. Hadisənin F.Hüseynəliyevin sərxoş halda olduğu zaman yaranan mübahisə zəminində törədildiyi bildirilir.