"Baku Bus"ın avtobusu piyadanı vuraraq öldürdü
- 05.10.2021, 12:43,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda yol-nəqliyyat hadisəsi olub.
Telexeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 4-də saat 19 radələrində Yasamal rayonu Kənar dairəvi yolda Neftçala rayon sakini N.Hüseynov idarə etdiyi “Baku Bus” MMC-yə məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Şamaxı rayon sakini Qardaşəli Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.