Abşeronda sürücü 79 yaşlı piyadanı vurub öldürdü, hadisə yerindən qaçdı
- 23.12.2019, 15:54,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Abşeronda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, dekabrın 22-si, saat 18 radələrində Qobu qəsəbəsi, "Yeni Qobu" avtomobil yolunda piyada 1940-cı il təvəllüdlü Əliyeva Xalidə Fətəli qızını vuraraq hadisə yerindən qaçıb.
Hadisə nəticəsində piyada ölüb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Opel Vektra" markalı 10-UE-602 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zəkiyev Elnur Zabit oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
E.Zəkiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.