5 nəfərin öldüyü dəhşətli qəzanın günahkarı kimdir? - VİDEO

5 nəfərin öldüyü dəhşətli qəzanın günahkarı kimdir? - VİDEOÖtən gün Bakıda səhər saatlarında sərnişin avtobusu və yük maşının iştirakı ilə baş verən və 5 nəfərin ölümünə səbəb olan qəzayla bağlı müzakirələr davam edir.

Telexeber.az xəbər verir ki, AzTV sözügedən hadisənin səbəbləri ilə bağlı araşdırma apararaq sujet hazırlayıb.
Sujetdə qeyd olunub ki, mütəxəssislərin fikrincə, idarə etdiyi avtobusu 20 metr irəlidəki dayanacaqda saxlamayan sürücü də, ən azı yük maşınının sürücüsü qədər günahkardır.

Bildirilib ki, bu halda avtobus sürücüləri ciddi təhlükəyə yol açırlar.

Ekspert Ərşad Hüseynov da məsələyə münasibət bildirib:

"Burada çox ciddi sual ortaya çıxır. Avtobus dayanacağı orada olmalıydımı? Çünki lap yaxınlıqda yol ayrıcı, üfüqi yol əyrisi var. Nəyə görə avtobus dayanacaqları taksilərlə və kənar nəqliyyat vasitələri ilə zəbt edilmiş olur?".

Ətraflı videosujetdə:
Популярный ролик