Ervin Tərxan oğlu Cavadov 1993-cü il aprelin 14-də Bakıda anadan olub. 2011-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Ervin 2012-ci ildə əsgəri xidmətini başa vurub ordudan tərxis olunsa da, Aprel döyüşlərindən sonra hərbçi olmaq qərarına gəlib. O, bir müddət Milli Qəhrəman Şükür Həmidovun qrupunda gizir hərbi rütbəsi almaq üçün kurs keçib və 2019-cu ildə Ağcabədidə yerləşən hərbi hissədə gizir kimi xidmətə başlayıb.