Aeroport yolundakı dəhşətli qəzada yaralananlardan biri də ÖLDÜ
- 20.10.2021, 10:14,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda baş verən dəhşətli qəza zamanı yaralananlardan biri dünyasını dəyişib.
Telexeber.az lent.az-a istinadla xəbər verir ki, qəza zamanı xəsarət alan 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz Vüsal oğlu bu gecə vəfat edib.
Qeyd edək ki, oktyabrın 13-də paytaxtın Suraxanı rayonunda “Mercedes” markalı yük avtomobili 171 saylı sərnişin avtobusuna çırpılaraq, onu aşırıb. Nəticədə 5 nəfər ölüb, 25 nəfər yaralanmışdı